Bank Of Baku

Yanvar-fevral aylarında Azərbaycanda iqtisadi artım 5,6% olub

Yanvar-fevral aylarında Azərbaycanda iqtisadi artım 5,6% olub
# 16 mart 2010 14:59 (UTC +04:00)
Dövlət Statitika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM istehsalının 67,4%-i istehsal sahələri, 25,7%-i xidmət sahələrinin payına düşüb, bu sahələrdə əlavə dəyərin artımı isə müvafiq olaraq 6,1% və 5,2% səviyyəsində olub. Məhsula və idxala xalis vergilər ümumi daxili məhsulun 6,9%-ni təşkil edib.

Yanvar-fevral aylarında sənayedə 3,7 mlrd. manatlıq, yaxud ümumi daxili məhsulun 60,3%-i qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 94,1 mln. manatlıq (1,6%), tikintidə 336,2 mln. manatlıq (5,5%), topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlər sahəsində 437,1 mln. manatlıq (7,1%), nəqliyyat və anbar təsərrüfatında 379,7 mln. manatlıq (6,2%), yaşayışın təşkili və ictimai iaşə sahəsində 67,7 mln. manatlıq (1,1%), informasiya və rabitə xidmətləri sahəsində 104,8 mln. manatlıq (1,7%), sosial və digər xidmətlər sahəsində isə 588,1 mln. manatlıq (9,6%) əlavə dəyər yaradılıb.

Qeyd edək ki, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 689,6 manat (858,5 ABŞ dolları) təşkil edib və 2009-cu ilin yanvar-fevral aylarına nisbətən 4,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR