Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan bank sektorunda konsolidasiyanın aparılmasının tərəfdarıdır

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan bank sektorunda konsolidasiyanın aparılmasının tərəfdarıdır
# 16 mart 2010 15:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın bank sektorunda konsolidasiya siyasətinin yeridilməsini dəstəkləyir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan AYİB-in prezidenti Tomas Mirov bildirib.

Onun sözlərinə görə, AYİB-in bu məsələdə Azərbaycana dəstək olması ölkə hökumətinin müəyyən şərtlərindən asılı olacaq ki, Avropa Bankı öz növbəsində göstərəcəyi yardımın və dəstəyin planını hazırlamalıdır: «Biz bütün bu məsələlərlə bağlı təhlil aparmalıyıq».

T.Mirov onu da bildirib ki, hazırda Azərbaycan banklarının əsas problemi likvidliklə deyil, aktivlərin keyfiyyəti və portfellərin qiymətləndirilməsi (dəyərləndirilməsi) ilə bağlıdır: «Düşünürəm ki, bank sektorunda konsolidasiya prossesi bu problemləri aradan qaldıracaq».

Qeyd edək ki, AYİB Azərbaycanda 9 bank, 6 mikromaliyyə institutu və 3 qeyri-bank maliyyə təşkilatı ilə əməkdaşlıq edir. Bu günədək AYİB əməkdaşlıq etdiyi maliyyə institutlarına 69 kredit xətti və kapitallarına sərmayə qoyuluşu vasitəsilə 223 mln. ABŞ dolları həcmində vəsait yatırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR