Bank Of Baku

Tomas Mirov: “Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycana 200 mln. dollaradək vəsait ayıracaq”

Tomas Mirov: “Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycana 200 mln. dollaradək vəsait ayıracaq”
# 16 mart 2010 15:30 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, T.Mirov bildirib ki, səfər zamanı Azərbaycanın dövlət başçısı, maliyyə naziri və Mərkəzi Bankın sədri ilə görüşlər keçirib, mətbuat konfransından sonra isə iqtisadi inkişaf naziri ilə görüşəcək.

Hökumət rəsmiləri ilə əsasən Azərbaycanın böhrandan sonrakı vəziyyətini müzakirə etdiyini deyən T.Mirov qeyd edib ki, AYİB-lə Azərbaycan arasında həmçinin ölkədə enerji istehsalında səmərəliliyin artırılmasına dair layihələrin həyata keçirilməsi məsələləri də müzakirə olunub və Bank bu sahədə öz təcrübəsini hökumətə təklif edib.

T.Mirov onu da bildirib ki, AYİB 2009-cu ildə əməkdaşlıq etdiyi ölkələrə biznesin yaxşılaşdırılması üçün vəsaiti 60% artıraraq 8 mlrd. avroya çatdırıb: “Bu ilin may ayında isə bu rəqəmin 10 mlrd. avroya çatdırılacağı gözlənilir”.

T.Mirovun sözlərinə görə, indiyədək AYİB Azərbaycanda ümumi məbləği 1,4 mlrd. avro olan 100 layihəni maliyyələşdirib. Ötən il bank Azərbaycana 230 mln. avro, o cümlədən “Garadagh Cement” ASC-yə 120 mln. avro kredit ayırıb. Cari il ərzində isə AYİB-in Azərbaycanın əsasən maliyyə və daşınmaz əmlak sahələrinə 100-200 mln. dollar ayıracağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR