Bank Of Baku

AYİB Azərbaycan üzrə yeni strategiya hazırlayır

AYİB Azərbaycan üzrə yeni strategiya hazırlayır
# 16 mart 2010 16:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan üzrə yeni strategiya hazırlayır. «APA-Economics»in məlumatına görə, bunu AYİB-in prezidenti Tomas Mirov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan üzrə Bankın yeni strategiyası hazırlanır: «Strategiya hazırlanaraq Azərbaycan hökumətinə təqdim olunacaq. Daha sonra isə strategiyanın yekun versiyası AYİB-in Direktorlar Şurası tərəfindən təsdiq olunacaq».

T.Mirov onu da bildirib ki, yeni strategiyada elektrik enerjisi, şəbəkənin modernləşdirilməsi kimi sahələrdə bir neçə layihənin Azərbaycanda icrası öz əksini tapacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1,4 mlrd. ABŞ dolları olan 100 investisiya layihəsi həyata keçirib. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorunun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR