Bank Of Baku

Milli Məclis Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini təsdiq edib

Milli Məclis Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini təsdiq edib
# 16 mart 2010 17:27 (UTC +04:00)
Bakı-APA. Milli Məclisin martın 16-da keçirilmiş iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinin yeni üzvləri təyin edilib.

APA-nın məlumatına əsasən, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə öz çıxışında Azərbaycan Konstitusiyasına və Milli Məclisin Əsasnaməsinə uyğun olaraq, Mərkəzi Bankın idarə heyətinin üzvlərinin adlarının qanunvericilik təşəbbüsü ilə Prezident tərəfindən Milli Məclisə təqdim olunduğunu qeyd edib. Parlamentə daxil olmuş sənədə əsasən Mərkəzi Bankın idarə heyətinin üzvləri təyin edilməsi üçün Elman Sirac oğlu Rüstəmovun və Xəqani Sərxan oğlu Abdullayevin namizədlikləri irəli sürülüb.

İclasda E.Rüstəmovun və X.Abdullayevin fəaliyyəti barədə məlumat verilib.
Komitə sədri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Mərkəzi Bankın həyata keçirdiyi uğurlu pul-kredit siyasəti, son vaxtlar dünyada hökm sürən maliyyə böhranının iqtisadiyyatımıza təsirinin az olması və bu istiqamətdə görülən işlər nəticəsində əldə edilən nailiyyətlər barədə də fikirlərini açıqlayıb.

Deputatların rəy və təklifləri dinlənildikdən sonra E.Rüstəmovun və X.Abdullayevin Mərkəzi Bankın idarə heyətinin üzvlüyünə namizədlikləri təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR