Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycanda iqtisadi artım tempinin 9% olacağını proqnozlaşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycanda iqtisadi artım tempinin 9% olacağını proqnozlaşdırır
# 17 mart 2010 06:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2010-cu ildə Azərbaycanda iqtisadi artım tempinin dəyişməyəcəyini proqnozlaşdırır.

AYİB-in prezidenti Tomas Mirovun «APA-Economics»ə verdiyi məlumata görə, Bank 2010-cu ilin sonuna Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempinin 9% olacağını proqnozlaşdırır. Ötən il üçün də AYİB Azərbaycanda ÜDM-in artım tempinə görə analoji proqnoz vermişdir.

Qeyd edək ki, ötən il Azərbaycanda ÜDM-in artım tempi 9,3% təşkil edib. Bu il üçün isə hökumət bu göstəricinin artım tempini müvafiq olaraq 6,8% səviyyəsində proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR