Bank Of Baku

Azərbaycan Bruneydə keçirilən sığorta seminarında iştirak edib

Azərbaycan Bruneydə keçirilən sığorta seminarında iştirak edib
# 17 mart 2010 07:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin nümayəndəsi ASEAN-ın Sığorta Təlimi və Tədqiqatları İnstitutunun Bandar-Seri-Beqavan şəhərində (Bruney) tənzimləyici və nəzarətçilər üçün keçirdiyi seminarda iştirak edib.

Maliyyə Nazirlyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyası və Malayziya Mərkəzi Bankının dəstəyilə təşkil olunmuş seminarda qayda və təlimatların işlənib hazırlanması, bazar davranışları ilə bağlı peşəkar iştirakçıların davranışlarına nəzarət, sığortalıların hüquqlarının müdafiəsi kimi mövzularda mühazirələr dinlənilib, fikir mübadiləsi aparııb.

Hindistanın Sığorta Tənzimlənməsi və İnkişaf Orqanı, habelə ABŞ-ın Sığorta Komissarlarının Milli Assosiasiyasının təlimçiləri tərəfindən aparılan mühazirələrdə sığorta tənzimləyiciləri arasında məlumat mübadiləsi, mübahisələrin həlli mexanizmləri, sığorta bazarlarında özünü tənzimləmə və bu sahədə assosiasiyaların rolu, sığorta dələduzluğunun qarşısının alınması tədbirləri, maliyyə savadlılığı, sığorta xidmətlərinin təqdim olunma üsulları ilə bağlı məqamlara da geniş yer ayrılıb.

Seminarda həmçinin müvafiq təcrübə hüququ ilə bağlı tapşırıqlar üzərində nəzəri və təcrübi problemlərin bir daha araşdırılmasına xüsusi önəm verilib.

Qeyd edək ki, seminarda Azərbaycanı Maliyyə Nazirliyi maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin sektor müdiri Zəka Mirzəyev təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR