Bank Of Baku

«Bank Respublika»nın əmanətçisi «Mazda3» avtomobilinin sahibi olub

«Bank Respublika»nın əmanətçisi «Mazda3» avtomobilinin sahibi olub
# 17 mart 2010 07:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC əmanətçiləri arasında keçirilən uduş kampaniyasının əsas hədiyyəsi olan «Mazda 3» avtomobilinin sahibi müəyyən edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tiraj nəticəsində «Mazda3» avtomobilinin sahibi «Bank Respublika»nın baş ofisinin əmanətçisi olub. Əsas hədiyyə ilə yanaşı bu tirajda bankın 2 əmanətçisi hər biri 20 qram, 5 əmanətçisi isə hər biri 10 qram olmaqla ən yüksək 999,9 əyarlı Rusiya istehsalı olan qızıl külçələr qazanıblar. Kampaniyanın keçirildiyi 7 ay ərzində bankın 49 müştərisi qızıl külçə sahibi olub.

Qeyd edək ki, kampaniya 2009-cu ilin sentyabr ayında başlayıb. Şərtlərə əsasən, kampaniyada ən azı 12 ay müddətində və 1000 manat (dollar və ya avro) məbləğində olan əmanətlərin sahibləri iştirak edib. Əmanətin hər 1000 manat məbləği hər ay 1 şansa bərabər olub. Qaydalara əsasən, bankın əməkdaşları və səhmdarları kampaniyada iştirak etməyib.

Xatırladaq ki, «Bank Respublika»nın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti ilə «MasterCard» və «Visa» kartlarını əldə edə, «Home Banking» və «MobilBank» xidmətinə pulsuz qoşula, bank seyfindən pulsuz istifadə edə, bankın hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər.

«Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında «25%+1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkətinə məxsusdur. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 348 mln. manat, kredit portfeli 196,553 mln. manat, depozit portfeli 162,249 mln. manat, məcmu kapitalı 55,525 mln. manat, o cümlədən nizamnamə kapitalı 30,578 mln. mamnat təşkil edib. Hazırda bakın Bakı və regionlarda 34 filial və şöbəsi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR