Bank Of Baku

«Paşa Sığorta» nizamnamə kapitalını artırır

«Paşa Sığorta» nizamnamə kapitalını artırır
# 17 mart 2010 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Paşa Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 500 manat, sayı 40 min ədəd, emissiyanın ümumi həcmi isə 20 mln. manat təşkil edir.

Yeni emissiyanın yerləşdirilməsi «Paşa Sığorta»nın hazırda dövriyyədə olan 40 min səhmin (nominal dəyəri 225 manat) yeni nominalı səhmlərə konvertasiyası yolu həyata keçiriləcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 2,2 dəfə artaraq 20 mln. manata çatacaq.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 10,31 mln. manat, ödənişləri isə 1,86 mln. manat təşkil edib. Şirkət nizamnamə kapitalı (9 mln. manat) və aktivlərin həcminə (19 mln. manat) görə Azərbaycandakı sığortaçıların ilk üçlüyünə daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR