Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvarda 7 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvarda 7 dəfə artıb
# 17 mart 2010 13:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan dünyanın 99 ölkəsi ilə ticarət əməliyyatları aparıb. Nəticədə, xarici ticarət dövriyyəsinin həcmi 1 791,9 mln. ABŞ dolları, o cümlədən ixrac 1 428,1 mln. dollar, idxal isə 363,8 mln. dollar təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 48,1%, o cümlədən ixrac 2,1 dəfə artıb, idxal isə 29,4% azalıb. Ticarət əlaqələrinin 79,7%-i ixracın, 20,3%-i isə idxalın hesabına formalaşıb. Nəticədə, ticarət dövriyyəsinin müsbət saldosu 6,5 dəfə artaraq 1 064,3 mln. dollara çatıb.

İdxal-ixrac əməliyyatlarının 34,4%-i İtaliya, 7,8%-i Fransa, 7,7%-i İndoneziya, 6,7%-i Rusiya, 4,7%-i İsrail, 4,6%-i ABŞ, 4,4%-i Kanada, 4%-i Ukrayna, 4%-i Tayvan (Çinin əyaləti), 3,1%-i Tailand, 2,6%-i Türkiyə, 1,9%-i Almaniya, 14,1%-i isə digər ölkələrlə aparılıb.

Qeyd edək ki, mal mübadiləsinin 92,6%-i, o cümlədən ixracın 95,7%-i və idxalın 80,5%-i sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilib. Sərbəst dönərli valyuta sövdələşmələrinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR