Bank Of Baku

«Bank of Baku»nun «Kişilərə dəstək» kampaniyası çərçivəsində 4 724 müştəri kredit alıb

«Bank of Baku»nun «Kişilərə dəstək» kampaniyası çərçivəsində 4 724 müştəri kredit alıb
# 17 mart 2010 13:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin 8 Mart beynəlxalq qadınlar gününə həsr olunmuş bayram aksiyası çərçivəsində verdiyi kreditlərdən bankın 4 724 müştərisi faydalanıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bayram ərəfəsində təxminən 1 ay davam edən «Kişilərə dəstək» adlı aksiyada 3 093 kişi müştərisi iştirak edib. Xatırladaq ki, bu ilin fevralın 9-dan martın 6-dək keçirilən aksiya «Bank of Baku»da tarixçəsi olan bütün kişi müştərilərə şamil olunub. Qeyd edək ki, aksiya keçirilən müddətdə bank tərəfindən kişi müştərilərə dəstək olaraq 2,5 mln. manata yaxın kredit ayırıb.

Bankın bayram kampaniyası çərçivəsində bu ilin mart ayının 9-13-də keçirilən «Qadınlar həftəsi» aksiyasında isə bankın 1 999 xanım müştərisi iştirak edib. Kampaniya ərzində bank xanım müştərilərinə bir neçə istiqamətdə güzəşt təqdim edib. Güzəşt və hədiyyələr həmin müddətdə bankdan kredit alan, əmanət yerləşdirən və təcili pul köçürmələri xidmətindən istifadə edən xanımları əhatə edib. Nəticələrə əsasən, ən əsas tələbat 200-1000 manat məbləğində olan nağd kreditlər üzrə müşahidə olunub. Aksiya dövründə bankın 1 631 qadın müştərisinə ayıran kreditlərin ümumi həcmi 1,5 mln. manatdan çoxdur. Bununla yanaşı, «Qadınlar həftəsi» ərzində qadınlar tərəfindən yerləşdirilmiş və ya artırılmış əmanətlərin ümumi sayı 227, məbləği isə təxminən 1 mln. manat həcmindədir. «Qadınlar həftəsi» ərzində 141 təcili pulköçürmə əməliyyatı keçirilib.

Beləliklə, bayram aksiyası ərzində «Bank of Baku» müştərilərinə təxminən 4 mln. manat həcmində kredit ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR