Bank Of Baku

Azərbaycanda yeni bank yaradılır - YENİLƏNİB

Azərbaycanda yeni bank yaradılır - <font color=red>YENİLƏNİB</font>
# 17 mart 2010 14:07 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, nizamnamə kapitalı 12 mln. manat həcmində olan bank 100% yerli kapital hesabına yaradılıb.

Azərbaycan Mərkəzi Bankından isə «APA-Economics»ə bildirilib ki, müvafiq lisenziyanın alınması üçün artıq bank AMB-yə müraciət edib və hazırda Mərkəzi Bankda təqdim edilmiş sənədlərə baxılır.

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədr müavini Alim Quliyevin «APA-Economics»ə verdiyi məlumata görə isə, «Bank BTB»-yə lisenziyanın verilməsi məsələsinin bu ilin ilk yarısında həll olunacağı gözlənilir.

Qeyd edək ki, qanuni təmsilçi rolunda Emil Sabir oğlu Rzayev, Müşahidə Şurasının üzvləri rolunda Ceyhun Məsud oğlu Paşalı, Asim Ramiz oğlu Salamov, Hafiz Məcid oğlu Məmmədov, təsisçi qismində isə Nigar İsmayıl qızı Mehdiyeva, Cəfər Tofiq oğlu Əliyev, Elməddin Nurəddin oğlu Əliyev çıxış edirlər.

Bankın hüquqi ünvanı Bakı şəhəri, Parlament pr-ti, ev 4B, 500-cü məhəllədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR