Bank Of Baku

«Atəşgah» sığorta şirkəti nizamnamə kapitalını artırır

«Atəşgah» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 17 mart 2010 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Atəşgah» sığorta şirkətinin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 274 manat, sayı 13,5 min ədəd, emissiyanın ümumi həcmi isə 3,699 mln. manat təşkil edir.

Yeni emissiyanın yerləşdirilməsi «Atəşgah» sığorta şirkətinin hazırda dövriyyədə olan 13,5 min səhmin (nominal dəyəri 200 manat) yeni nominallı səhmlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 2,4 dəfə artaraq 6,4 mln. manata çatacaq.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1996-cı ilin dekabrından fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (49%), ARDNŞ (30%) və «Ran Exim» şirkəti (21%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 2,7 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR