Bank Of Baku

Azərbaycan Banklar Assosiasiyasının 20, Azərbaycan Bank Tədris Mərkəzinin 10 illik yubileyi qeyd olunub

Azərbaycan Banklar Assosiasiyasının 20, Azərbaycan Bank Tədris Mərkəzinin 10 illik yubileyi qeyd olunub
# 17 mart 2010 16:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) 20 illiyi və onun törəmə müəssisəsi olan Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) 10 illiyi yubileyi münasibətilə tədbir keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə millət vəkilləri Ziyad Səmədzadə, Çingiz Əsədullayev, Azərbaycan Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və ölkədə fəaliyyət göstərən bankların İdarə Heyətinin sədrləri iştirak ediblər.

Mərasimdə millət vəkilləri Ziyad Səmədzadə və Çingiz Əsədullayev ABA-nın və ABTM-nin fəaliyyət tarixi, hər iki qurumun əldə etdiyi nailiyyətlər və ölkənin bank sektorunun inkişafında yaratdığı canlanmadan danışıblar.

Daha sonra Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev ölkə iqtisadiyyatında, o cümlədən bank sektorunda olan inkişafdan danışıb.

Qeyd edək ki, tədbirdə Gürcüstan Banklar Assosiasiyasının prezidenti ilə yanaşı, digər dövlətlərin də bank assosiasiyalarının prezidentləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR