Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi son bir ildə 30% artıb

Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi son bir ildə 30% artıb
# 18 mart 2010 06:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il fevralın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin məbləği 2,4 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 984,9 mln. manatı (41,3%-i) milli, 1 400,9 mln. manatı (58,7%-i) isə xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 5,4% və 55,5% artıb. Həmin vəsaitlərin 76,9%-i (1,8 mlrd. manatı) özəl banklara qoyulmuş əmanətlərin payına düşüb.

Qeyd edək ki, 2010-cu ilin fevral ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna 2,66 manat, 1 avroya 1,10 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,80 manat, 2,68 manat və 1,12 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR