Bank Of Baku

«Muğan Bank»ın uduşlu istiqrazlarının V tirajı da regionda keçiriləcək

«Muğan Bank»ın uduşlu istiqrazlarının V tirajı da regionda keçiriləcək
# 18 mart 2010 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Gəncə şəhərində Azərbaycanın «Muğan Bank» ASC-nin uduşlu istiqrazlarının üçüncü tirajı keçirilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, dövriyyə müddəti 10 il, nominal dəyəri 50 manat və ümumi sayı 200 min ədəd olan uduşlu istiqrazlar üzrə məcmu uduş fondu 8 848 000 manat təşkil edir.

Bankın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərovun sözlərinə görə, tirajların mütəmadi olaraq ölkənin regionlarında keçirilməsi barədə qərar qəbul olunub. Məsələn, keçirilməsi Bakıda nəzərdə tutulan növbəti tirajdan sonra 5-ci tiraj yenidən regionların birində keçiriləcək.

Qeyd edək ki, Gəncədə keçirilmiş tirajın nəticələri ilə «Xalq Qəzeti»nin martın 17-də olan buraxılışında və ya www.muganbank.az İnternet səhifəsində tanış olmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR