Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artmağa başlayıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artmağa başlayıb
# 18 mart 2010 07:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2010-cu ilin yanvar-fevral ayları üzrə 1,20 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar ayı ilə müqayisədə bu göstərici 0,10 bənd və ya 9,1% artıb. Xatırladaq ki, alıcılıq qabiliyyəti indeksi 2009-cu ilin yekunları ilə müqayisədə 0,21 bənd və ya 15% azalıb.

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi ölçülür. Beləliklə, 2010-cu ilin yanvar indeksi əhalinin gəlirlərinin iki ən əsas xərclər istiqamətlərini cəmi 10% üstələdiyi halda, yanvar-fevralda üstələmə artıq 20%-ə bərabər olub ki, bu da alıcılıq qabiliyyəti indeksinin yenidən artmağa başladığını göstərir.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarının yekunlarına görə alıcılıq qabiliyyəti indeksi 1,41 bəndə, yanvar-oktyabrda 1,42 bəndə, yanvar-sentyabrda 1,43 bənd, yanvar-avqustda 1,54 bəndə bərabər olub. Beləliklə, ötən ilin son aylarında əhalinin alıcılıq qabiliyyətinin tədricən azalması müşahidə olunub. Yanvarda isə bu göstərici daha kəskin azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-fevral aylarında pərakəndə əmtəə dövriyyəsi 1 991,6 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 678 mln. manat, əhalinin gəlirləri isə 3 201 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR