Bank Of Baku

«Paşa Bank» filial şəbəkəsini qurmağa başlayır

«Paşa Bank» filial şəbəkəsini qurmağa başlayır
# 18 mart 2010 07:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC 2010-cu il ərzində ilk filiallarını açmaq niyyətindədir. Bunu «APA-Economics»ə açılamasında bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

F.Axundovun sözlərinə görə, filialların biri Bakıda («Port Baku» Biznes Mərkəzi), digərləri isə Gəncə şəhəri və Zaqatala rayonunda açılacaq. «Artıq bankın Bakıda açılacaq filialının təsis sənədləri Mərkəzi Bank tərəfindən təsdiqlənib. Yalnız filial üçün ofislə bağlı icarə məsələlərinin həlli qalıb ki, bu da yaxın günlərdə həllini tapacaq», - deyə F.Axundov bildirib.

Digər iki filialın isə il ərzində açılması nəzərdə tutulub.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 308,376 mln. manat, depozit portfeli 154,478 mln. manat, kredit portfeli 121,713 mln. manat, məcmu kapitalı 125,998 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib. Hazırda bankın filialı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR