Bank Of Baku

«Azərnəqliyyatbank» adını «Expressbank»a dəyişib

«Azərnəqliyyatbank» adını «Expressbank»a dəyişib
# 18 mart 2010 07:44 (UTC +04:00)
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın brendinin dəyişdirilməsi, brendlərin hazırlanması və tətbiqi sahəsində dünyada aprıcı şirkətlərdən biri olan «McCann Erickson» şirkəti ilə birgə əməkdaşlıq nəticəsində mümkün olub. «Bankın yeni brendi, onun strateji baxışının söykəndiyi mühüm dəyərlərin və qarşıya qoyduğu ambisiyaların yığcam təcəssümü olaraq öz müştərilərinə bir çağırışıdır», - deyə bankdan bildirilib.
Xatırladaq ki, bank 2009-cu ilin sonunda yeni baxış və missiya hesabatını strateji planla birlikdə səhmdarların müzakirəsinə təqdim edib. Yeni strategiyaya uyğun olaraq bank korporativ və riteyl yönümlü olaraq, yeni bank texnologiyalarından istifadə etməklə, müştərilərinə keyfiyyətli xidmət təklif edəcək. Yeni strategiyanın hazırlanması zamanı dünyada baş vermiş maliyyə böhranının nəticələri, risk amillərinin yenidən qiymətləndirilməsi, səhmdarların baxışları və maliyyə sektorunda olan son meyllər nəzərə alınıb. Bununla belə, bank daim müştəri xidmətinin keyfiyyət, sürət, rahatlıq baxımından inkişaf etdirilməsi üzərində işləyir və müştəri məmnunluğu bankın əsas məqsədlərindən biri hesab edilir. Bankın təklif etdiyi kredit və depozit məhsulları bazarda rəqabətliliyi ilə fərqlənir və gələcəkdə yeni məhsulların işlənib təqdim edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, «Expressbank» ASC maliyyə institutları, banklar və digər fondlarla da əməkdaşlıq əlaqələrini genişləndirir. Belə ki, hazırda bank bir neçə xarici banklar və maliyyə institutları ilə danışıqlar aparır və bu sahədə əməliyyatlarını genişləndirmək niyyətindədir. Bank artıq «Visa» beynəlxalq ödəniş sisteminə üzv olub, «MasterCard» ödəniş sistemilə isə üzvlük haqqında danışıqlar aparır.
Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildə «Azənəqliyyatbank» ASC kimi fəaliyyətə başlayıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin mart ayının 1-nə bankın aktivləri 93,861 mln. manat, kredit portfeli 27,291 mln. manat, məcmu kapitalı isə 27,302 mln. manat təşkil edib. Bu günə bankın ölkə üzrə 8 filialı fəaliyyət göstərir ki, onlardan 6-sı regionda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR