Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin profisiti 14% azalıb

Azərbaycan dövlət büdcəsinin profisiti 14% azalıb
# 18 mart 2010 08:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan dövlət büdcəsinin gəlirləri 973 mln. manat, xərcləri 320,4 mln. manat olub, büdcənin profisiti isə 652,6 mln. manat və ya ÜDM-in 20,3%-ni təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında büdcə gəlirləri ötən ilin yanvar ayı ilə müqayisədə 2,5% azalıb, xərcləri 32,7% artıb, profisit isə 13,6% azalıb.

Cari ilin yanvarında vergi gəlirlərinin 30,5%-i əlavə dəyər vergisindən, 51,4%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 5,9%-i fiziki şəxslərin gəlir vergisindən, 6,5%-i aksiz vergisindən, 1,8%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.

Büdcə xərclərinin 58,8 mln. manatı (18,4%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 165,4 mln. manatı (51,6%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 20,8 mln. manatı (6,5%-i) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilib.

Xərclərin 60,2%-ni (193 mln. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR