Bank Of Baku

«Turanbank» son bir ildə aktivlərini 43% artırıb

«Turanbank» son bir ildə aktivlərini 43% artırıb
# 18 mart 2010 08:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin mart ayının 1-nə 117,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,2%, cari ilin əvvəlinə nisbətən isə 7,2% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın kredit portfeli ötən ilin martın 1-dən 17,1%, cari ilin əvvəlindən isə 3,6% artaraq 80,7 mln. manata çatıb.

Yanvar-fevral aylarında «Turanbank» 2,3 mln. manat həcmində gəlir əldə edib ki, bu da ötən ilin ilk iki ayı ilə müqayisədə 12,9% çoxdur. Bankın balans mənfəəti 24% artaraq 0,7 mln. manata bərabər olub.

Bankın depozit portfeli son bir ildə 97,4%, yanvar-fevral ayları ərzində isə 22% artaraq 44 mln. manata çatıb.

«Turanbank»ın məcmu kapitalı martın 1-nə 21,12 mln. manat təşkil edib ki, bu da ötən ilin martın əvvəli ilə müqayisədə 8%, cari ilin əvvəlinə nisbətən isə 3,7% çoxdur. O cümlədən, nizamnamə kapitalının həcmi 17 mln. manata bərabərdir ki, bu da son bir ildə 6,3% artım deməkdir. Qeyd edək ki, bankın səhmdarları sırasında 5 hüquqi şəxs (21,8%) və 20 fiziki şəxs (78,2%) var. Hazırda bankın 11 filialı mövcuddur ki, bununda 5-i regionda (Tovuz, Zaqatala, Gəncə, Ağstafa və Sumqayıt) fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR