Bank Of Baku

Paris Kreditorlar Klubu Əfqanıstanın borcunu silib

Paris Kreditorlar Klubu Əfqanıstanın borcunu silib
# 18 mart 2010 09:38 (UTC +04:00)
Bakı – APA-Economics. Paris Kreditorlar Klubu Əfqanıstanın bütün borclarını bağışlayıb. “APA-Economics”in məlumatına görə, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

20 mart 2009-cu ilə olan məlumata görə, Əfqanıstanın Paris Kreditorlar Klubuna olan borcu 1,026 mlrd. dollar həcmində qiymətləndirilib. Ölkənin məcmu xarici borcu isə 2,104 mlrd. dollar olub.

Bu il yanvarın sonunda Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Əfqanıstanın dövlət borcunun silinməsi üzrə beynəlxalq proqramı dəstəkləməyə hazır olduğunu bəyan edib. Hər iki təşkilat 1,6 mlrd. dollar borcun ödənilməsi haqda birgə öhdəlik götürüb.

Qeyd edək ki, Paris Kreditorlar Klubu 1956-cı ildə yaradılıb. Bu qeyri-rəsmi təşkilatın əsas funksiyası ehtiyacı olan ölkələrə kredit verməkdir. 19 ölkə klubun daimi üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR