Bank Of Baku

«Muğan Bank» nizamnamə kapitalını artırır

«Muğan Bank» nizamnamə kapitalını artırır
# 18 mart 2010 10:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nın AZ100100546P seriyalı adi adlı sənədsiz səhmlərinin emissiya prospekti Dövlət Qiymətli Kağızlar Komitəsi tərəfindən qeydə alınıb.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Səhmlərin hər birinin nominalı dəyəri 200 manat, sayı 5 min ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir.

Yerləşdirmədə anderrayter vəzifəsində «Texnika Capital Management» MMC çıxış edəcək.

Beləliklə, yerləşdirmə uğurla başa çatdıqdan sonra «Muğan Bank»ın nizamnamə kapitalı 5,3% artaraq 20 mln. manata çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR