Bank Of Baku

Azərbaycan Hesablama Palatasının sədri Dünya Bankının ekspertləri ilə grüşüb

Azərbaycan Hesablama Palatasının sədri Dünya Bankının ekspertləri ilə grüşüb
# 18 mart 2010 11:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov Dünya Bankının maliyyə sektoru üzrə meneceri Əhmədu Mustafa Ndiaye (Ahmadou Moustapha Ndiaye) və maliyyə idarəetməsi üzrə baş mütəxəssisi, Korporativ və Dövlət Sektorunun Hesabatlılıq Layihəsinin (CAPSAP) rəhbəri Jan Tilin (Jan Tyl) rəhbərlik etdikləri nəzarət missiyasını qəbul edib. Bu barədə «APA-Economics»ə Hesablama Palatasından məlumat verilib.

Görüşdə CAPSAP layihəsi çərçivəsində Strateji İnkişaf Planına uyğun olaraq Hesablama Palatasının potensialının gücləndirilməsi məqsədilə həyata keçirilməli tədbirlər müzakirə edilib. Birgə fəaliyyət planının əsas istiqamətləri razılaşdırılıb. Müzakirədə CAPSAP layihəsinin icrası üzrə mövcud vəziyyət ətraflı təhlil olunub, bu baxımdan əsas diqqət layihənin ikinci komponentinin tərkib elementlərindən biri olan Palatanın potensialının gücləndirilməsi üzrə görülmüş işlərə, layihənin ümumi icrasındakı ləngimələrin aradan qaldırılmasına, texniki tapşırıqların tərtib edilməsi üçün görülməli olan ilkin hazırlıq işlərinə, həyata keçirilən işlərin daha çevik uzlaşdırılmasına yönəldilib.

Görüşdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndələri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR