Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatları son bir ildə 8% azalıb

Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatları son bir ildə 8% azalıb
# 18 mart 2010 12:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarının həcmi 2010-cu ilin fevral ayının 1-nə 5 482,495 mln. ABŞ dolları təşkil edib. «APA-Economics»in Mərkəzi Bankın «Beynəlxalq ehtiyatlar və xarici valyutada likvidlik» hesabatına əsasən verdiyi məlumata görə, bunun 4 943,095 mln. dolları rəsmi valyuta aktivləri, 539,4 mln. dolları isə xarici valyutada olan digər aktivlərin payına düşür.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq ehtiyatların həcmi 8,3%, rəsmi valyuta aktivləri 10,8% azalıb, xarici valyutada olan digər aktivlər isə 24,5% artıb.

Rəsmi valyuta aktivlərinin tərkibində 4 708,016 mln. dollar və ya 95,2% xarici valyutada ehtiyat aktivləri, 0,1 mln. dollar Beynəlxalq Valyuta Fondu üzrə ehtiyat mövqe və 234,979 mln. dollar və ya 4,8% Xüsusi Borcalma Hüquqlarında (SDR) olan ehtiyatların payına düşür.

Qeyd edək ki, xarici valyutada ehtiyat aktivlərinin 3 409,706 mln. dolları və ya 72,4%-i digər mərkəzi banklarda, BVF-da yerləşdirilmiş vəsaitlər, 965,593 mln. dolları və ya 20,5%-i qiymətli kağızlar, 332,717 mln. dolları və ya 7,1%-i baş idarəsi xaricdə olan hesabat verən banklarda yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR