Bank Of Baku

«Turanbank» regional şəbəkəsini genişləndirir

«Turanbank» regional şəbəkəsini genişləndirir
# 18 mart 2010 12:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC daha 2 regional filial açmağı planlaşdırır. Bununla belə bankın filiallarının ümumi sayı 13-ə çatdırılacaq. Bankdan «APA-Economics»ə verilən məlumata görə, filialların biri ölkənin şimal, digəri isə cənub bölgəsində açılacaq.

Bankın məlumatında deyilir ki, ölkənin bütün regional mərkəzlərində filialın açıması bankın strateji planına daxildir. Həmin filiallar həm kiçik və orta sahibkarlara, həm də fiziki şəxslərə xidmət göstərəcək. Qeyd edək ki, hazırda bankın 11 filialından 5-i regionlarda, o cümlədən Gəncə, Tovuz, Ağstafa, Zaqatala və Sumqayıtda fəaliyyət göstərir.

Bundan əlavə, satış sisteminin effektifliyinin artırılması məqsədi ilə bankın həmçinin 8 regional nümayyəndəliyi (İsmayıllı, Bərdə, Xaçmaz, Quba, Şəki, Lənkaran, Səlyan, Qazax) mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR