Bank Of Baku

«Deka Bank» nizamnamə kapitalını artırır

«Deka Bank» nizamnamə kapitalını artırır
# 18 mart 2010 13:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Deka Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 259,3 manat, sayı 47 970 ədəd, emissiyanın ümumi həcmi isə 12 438 621 manat təşkil edir.

Yeni emissiyanın yerləşdirilməsi «Deka Bank»ın hazırda dövriyyədə olan 47 970 səhmin (nominal dəyəri 200 manat) yeni nominallı səhmlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 29,65% artaraq 12 438 621 manata çatacaq.

Xatırladaq ki, «Deka Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 9,594 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR