Bank Of Baku

Azərbaycanda ilk dəfə mebel istehsalçısının istiqraz emissiyası dövlət qeydiyyatına alınıb

Azərbaycanda ilk dəfə mebel istehsalçısının istiqraz emissiyası dövlət qeydiyyatına alınıb
# 18 mart 2010 14:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «İnterturan Konsern» MMC-nin təmin edilməmiş, adlı sənədsiz faizli istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb. Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, istiqrazların yerləşdirilməsi BFB-də keçiriləcək.

Dövlət qeydiyyat nömrəsi AZ200100898 olan bu istiqrazların hər birinin nominal dəyəri 500 manat, emissiyanın ümumi dəyəri isə 2,15 mln. manat təşkil edir. İstiqrazlar üzrə gəlirlik illik 14%, dövriyyə müddəti isə 720 günə bərabərdir. Hesablanmış faizlərin ödənilməsi rübdə bir dəfə həyata keçiriləcək. Yerləşdirmədə anderrayter rolunda «BoB Broker» MMC çıxış edəcək.

Qeyd edək ki, «İnterturan Konsern»in əsas fəaliyyət növü mebel istehsalı və satışıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR