Bank Of Baku

Azərbaycan Risk Peşəkarları Assosiasiyası banklarda hüquqi risklərin idarə olunması proqramının icrasına başlayıb

Azərbaycan Risk Peşəkarları Assosiasiyası banklarda hüquqi risklərin idarə olunması proqramının icrasına başlayıb
# 18 mart 2010 14:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) banklarda hüquqi risklərin idarə olunması lə bağlı silsilə seminarlar proqramına start verib.

ARPA-dan «APA-Economics»ə verilən məlumata görə, bu yeni layihə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin dəstəyi ilə başlanılıb. Silsilə xarakterli bu layihənin ilk təqdimatı «Banklarda hüquqi risklərin idarə olunması» mövzusuna həsr olunub. Müzakirələrdə ARPA-ya üzv olan 20-yə yaxın bankın hüquqşünasları, risk menecerləri, müxtəlif konsaltinq şirkətləri və dövlət qurumlarının nümayəndələri iştirak edib.

İnteraktiv xarakterli müzakirələr sahə üzrə problemlərin olduğunu, hüquqi risklərin idarə olunması institutunun Azərbaycan üçün yeni olduğundan bu istiqamətdə təlimlərin aparılmasına böyük tələbat olduğunu qabarıq şəkildə üzə çıxarıb.

Mövzu üzrə ilk təqdimat «Bank of Baku» ASC-nin Hüquq Departamentinin direktoru, ARPA-nın eksperti Qorxmaz Ağayev tərəfindən keçirilib.

Qeyd edək ki, ARPA tərəfindən mövzu ətrafında növbəti tədbirin aprel ayında keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR