Bank Of Baku

«Gilan Holding» nizamnamə kapitalını artırır

«Gilan Holding» nizamnamə kapitalını artırır
# 18 mart 2010 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Gilan Holding» Maliyyə-Sənaye Qrupunun adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 2 min ədəd, emissiyanın ümumi həcmi isə 4 min manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır.

Birja mütəxəssislərinin fikrincə, «Gilan Holding»in artıq mart-aprel aylarında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə holdinqin nizamnamə kapitalı 2 dəfə artaraq 8 min manata çatacaq.

Qeyd edək ki, hazırda holdinqın nizamnamə kapitalı 4 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR