Bank Of Baku

Azərbaycanda kapital bazarının inkişafına dair yeni texniki yardım layihəsi təsdiq edilib

Azərbaycanda kapital bazarının inkişafına dair yeni texniki yardım layihəsi təsdiq edilib
# 18 mart 2010 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının (DB) «FIRST Initiative» proqramı çərçivəsində Azərbaycanda kapital bazarının inkişafına dair yeni texniki yardım layihəsi təsdiq edilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, müxtəlif beynəlxalq donor təşkilatları tərəfindən maliyyələşdirilən və DB tərəfindən idarə edilən «FIRST Initiative» proqramı çərçivəsində Azərbaycanda kapital bazarının inkişafı strategiyasının hazırlanması üçün texniki yardım ayrılıb. İcrası 2010-cu ilin aprel-iyul aylarını əhatə edəcək bu layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən QKDK-nın əməkdaşları ilə birgə 2011-2015-ci illər üçün Azərbaycanda kapital bazarının inkişafı strategiyası və tədbirlər planı hazırlanacaq. Həmçinin, hazırlanacaq yeni strategiyanın həyata keçirilməsinə yardım məqsədilə layihənin ekspertləri tərəfindən Azərbaycan hökuməti ilə DB və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) arasında yeni layihənin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, «FIRST Initiative - The Financial Sector Reform and Strengthening Initiative» (Maliyyə Sektorunda İslahatların Aparılması və Təkmilləşdirilməsi Təşəbbüsü) proqramı 2002-ci ildən Kanada Beynəlxalq İnkişaf Agentliyi (CIDA), Birləşmiş Krallığın Beynəlxalq İnkişaf Departamenti (DFID), Beynəlxalq Valyuta Fondu (IMF), Hollandiyanın Xarici İşlər Nazirliyi, SECO, İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (SIDA) və DB-nın birgə təşəbbüsü ilə təsis ediliib. Proqramın əsas məqsədi aşağı və orta gəlirli ölkələrdə maliyyə sektorlarının formalaşması və inkişafına şərait yaratmaqla yoxsulluğun azaldılmasına və davamlı inkişafa yardımın göstərilməsi, maliyyə sistemlərinin gücləndirilməsinə dəstəyin verilməsi, maliyyə sektorunda tənzimləmənin səmərəli həyata keçirilməsi üçün texniki yardımın göstərilməsi, maliyyə sektorunun inkişafına yönəlmiş prioritet fəaliyyət planlarının hazırlanması və yerinə yetirilməsinə dəstək vermək, həmçinin tədqiqatların aparılmasına və təcrübə seminarlarının keçirilməsinə köməklik etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR