Bank Of Baku

Azərbaycan əhalisinin adambaşına gəlirləri yanvar-fevral aylarında 3% artıb

Azərbaycan əhalisinin adambaşına gəlirləri yanvar-fevral aylarında 3% artıb
# 19 mart 2010 06:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhalinin adambaşına gəlirləri 3,1% artaraq 360,2 manat və ayda orta hesabla 180,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində əhali tərəfindən əldə edilmiş 3,201 mlrd. manatlıq gəlirin 79,4%-i son istehlaka, 11,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 7,7%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 2 846,9 mln. manatlıq və ya keçən ildəkindən 4,6% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR