Bank Of Baku

«Bank of Baku» bayram günlərində də fəaliyyət göstərəcək

«Bank of Baku» bayram günlərində də fəaliyyət göstərəcək
# 19 mart 2010 07:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC Novruz bayramı münasibəti ilə qeyri-iş günlərində də xidmət göstərəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin mart ayının 23-27-də bankın Xəqani,2/Mərdanov qardaşları,8 ünvanında yerləşən «Xəqani» elektron şöbəsi çərşənbə axşamı-cümə günləri saat 09:00-dan 21:00-dək, şənbə günü isə saat 10:00-dan 18:00-dək müştərilərə xidmət göstərəcək.

«Bank of Baku»nun «Xəqani» şöbəsində «Cash-in» ödəniş köşkləri vasitəsi ilə istənilən ödənişi bir neçə dəqiqə ərzində həyata keçirmək mümkündür. Hazırda həmin şöbədə fəaliyyət göstərən «Cash-in» ödəniş köşkləri əhaliyə istehlak kreditləri və «AvirTel» internet provayderinin xidmət haqqının ödənilməsi, həmçinin cari hesabların artırılması üzrə xidmət göstərir.

Bununla yanaşı, bayram günlərində avto kreditlərin rəsmiləşdirilməsini həyata keçirmək üçün «Bank of Baku»nun Z.Bunyadov pr-ti,18 ünvanında yerləşən «Otoplaza» filialı martın 23-26-da tam və martın 27-də yarım iş günü fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR