Bank Of Baku

«Datacell» nizamnamə kapitalını artırır

«Datacell» nizamnamə kapitalını artırır
# 19 mart 2010 08:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Datacell» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 min manat, sayı 1,6 min ədəd, emissiyanın ümumi həcmi isə 3,2 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır.

Birja mütəxəssislərinin fikrincə, «Datacell»in artıq mart-aprel aylarında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə şirkətin nizamnamə kapitalı 33,3% artaraq 12,8 mln. manata çatacaq.

Qeyd edək ki, «Datacell» şirkəti İnternet xidməti və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir, 2005-ci ilin dekabr ayından etibarən «Datacell» şirkəti «elcell» simsiz mobil İnternet xidmətini istifadəyə verib. Hazırda şirkətin nizamnamə kapitalı 9,6 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR