Bank Of Baku

Ötən il ABŞ-da reklam gəlirləri 12,3% azalıb

Ötən il ABŞ-da reklam gəlirləri 12,3% azalıb
# 19 mart 2010 08:51 (UTC +04:00)
Bakı - APA-Economics. 2009-cu ildə ABŞ-da reklam gəlirləri 2008-ci ilə nisbətən 12,3% azalaraq 125 mlrd. dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, bu rəqəm “Kantar Media” marketinq şirkətinin araşdırmaları zamanı ortaya çıxıb.

Azalma daha çox radioreklam (20%) və qəzet reklamı (17,4%) sahəsində qeydə alınıb. Televiziya reklamı sahəsində gəlirlər 9,5%, çöl reklamında 13,2% azalıb. Reklam gəlirlərinin artdığı yeganə sahə internet olub – 7,3%.

Ötən il ABŞ-ın ən nəhəng reklam verən şirkətləri “Procter & Gamble” (2,714 mlrd. dollar), “Verizon Communications” (2,238 mlrd. dollar) və “General Motors” (2,197 mlrd. dollar) olub. Daha çox reklam olunan sahə isə avtomobil sənayesi olub - 10,977 mlrd. dollar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR