Bank Of Baku

«Era Trans Sığorta» nizamnamə kapitalını artırır

«Era Trans Sığorta» nizamnamə kapitalını artırır
# 19 mart 2010 10:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Era Trans Sığorta» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 125 manat, sayı 3 min ədəd, emissiyanın ümumi həcmi isə 3,375 mln. manat təşkil edir.

Yeni emissiyanın yerləşdirilməsi «Era Trans Sığorta»nın hazırda dövriyyədə olan 3 min səhmin (nominal dəyəri 1 000 manat) yeni nominallı səhmlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 12,5% artaraq 3,375 manata çatacaq.

Qeyd edək ki, «Era Trans Sığorta» 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkət 20 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin 1 filialı (Sumqayıt) və 4 nümayəndəliyi (Şirvan, Göyçay, Yevlax, Ağdaş) mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR