Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi yanvar-fevral aylarında 11% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi yanvar-fevral aylarında 11% artıb
# 19 mart 2010 10:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə 678 mln. manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,7% çox pullu xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 72,8%-ni özəl sektorun müəssisələri təmin edib. Bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2009-cu ilin yanvar-fevral aylarının səviyyəsini 10,7% üstələyərək 492,2 mln. manata çatıb.

Hesabat dövründə xidmət müəssisələrində hər bir ölkə sakini hər ay orta hesabla 38,1 manatlıq və ya 2009-cu ilin eyni dövrü ilə müqayisədə 6,1 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə edib. Artımın 4,8 manatı hüquqi şəxs statuslu müəssisələr üzrə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR