Bank Of Baku

«DəmirBank» bayram günlərində xüsusi qrafik üzrə işləyəcək

«DəmirBank» bayram günlərində xüsusi qrafik üzrə işləyəcək
# 19 mart 2010 11:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC Novruz bayramı münasibəti ilə istirahət günləri də müştərilərə xidmət göstərəcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, martın 23 və 26-da bankın filialları saat 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək. Bu tarixlərdə müştərilər «DəmirBank»da kommunal və rabitə ödənişləri, əmanətlərin qəbulu, valyuta mübadilə əməliyyatları, eləcə də kredit və faiz ödənişlərinin qəbulu kimi xidmətlərdən istifadə edə biləcəklər.
Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayının 1-nə banklın aktivlərinin həcmi 266,034 mln. manat, depozit portfeli 95,247 mln. manat, kredit portfeli 198,989 mln. manat, məcmu kapitalı 46,587 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,400 mln. manat təşkil edib. Hazırda Bankın 29 filialı, 47 bankomatı və 259 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR