Bank Of Baku

«Unibank» depozit və kreditlər üzrə faiz dərəcələrini azaldacaq

«Unibank» depozit və kreditlər üzrə faiz dərəcələrini azaldacaq
# 19 mart 2010 11:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC bu il ərzində depozit və kreditlər üzrə mövcud faiz dərəcələrini 2 faiz bəndi azaltmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.

F.Hüseynovun sözlərinə görə, cari ilin əvvəlindən bank müddətli depozitlər üzrə faiz dərəcələrini 1 faiz bəndi azaldılıb və proses çox güman ki, il ərzində davam etdiriləcək. Depozitlər üzrə gəlirlilik azaldıqdan sonra kreditlər üzrə də faizlər aşağı salınacaq.

F.Hüseynov depozit və kredit dərəcələrinin azadılmasını bankda kiyafət qədər likvidliyin olması, həmçinin əhalidən cəlb olunan əmanətlərin yerləşdirilməsi ilə bağlı yaranmış problemlə izah edib.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar ifrat likvidlik fonunda depozit və kreditlər üzrə faiz dərəcələrini azaldır.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 23 filialı, 62 bankomatı və 228 POS-termnalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR