Bank Of Baku

«Parabank»ın yeni regional filialı açılıb

«Parabank»ın yeni regional filialı açılıb
# 19 mart 2010 11:47 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı - APA. Azərbaycının «Parabank» ASC-nin Şirvan şəhərində filialı açılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna «Parabank»ın Şirvan filialının direktoru Əli Məlikov məlumat verib.

Ə.Məlikovun sözlərinə görə, filial kiçik və orta biznesin kreditləşməsi, istehsalın inkişafı üçün kreditlər, «Western Union» sistemi üzrə təcili pul köçürmələri, avtokreditlər və depozit xidmətləri təklif edir. Qeyd edək ki, bu, bankın sayca 16-cı filialıdır.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 88,571 mln. manat, depozit portfeli 56,428 mln. manat, kredit portfeli 59,222 mln. manat, məcmu kapitalı 11,535 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR