Bank Of Baku

«Unibank» bayram günlərində xüsusi qrafik üzrə işləyəcək

«Unibank» bayram günlərində xüsusi qrafik üzrə işləyəcək
# 19 mart 2010 12:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC Novruz bayramı ilə əlaqədar istirahət günlərində xüsusi qrafik üzrə fəaliyyət göstərəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mart ayının 25-i və 27-də bankın baş ofisi, 5 filialı («Yasamal», «Neftçilər», «Nərimanov», «Əhmədli», «STB-2» filialı) və bir şöbəsi («Gənclik» şöbəsi) müştərilərə şənbə günü rejimində xidmət göstərəcək.

Həmin günlərdə bankın regional filialları (Gəncə, Mingəçevir, Lənkəran, Şəki və Quba) saat 10:00-dan 14:30-dək işləyəcək.

Bu tarixlərdə müştərilər əmanət yatırımı, kreditlər əməliyyatları, müxtəlif plastik kartların əldə olunması üçün sifarişlər, təcili pul köçürmələri, kart hesablarına vəsaitin deponentləşdirilməsi, mobil rabitə operatorlarının xidmətlərini və kommunal ödəmələr edə bilərlər.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «Unibank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 23 filialı, 62 bankomatı və 228 POS-termnalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR