Bank Of Baku

Azərbaycanda yanvar-fevral aylarında 30 mln. manat sığorta haqqı toplanıb

Azərbaycanda yanvar-fevral aylarında 30 mln. manat sığorta haqqı toplanıb
# 19 mart 2010 14:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-fevral ayında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 29,66 mln. manat təşkil edib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 6,48 mln. manata çatıb. Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 249,182 min manat, qeyri-həyat sığortası üzrə 26,123 mln. manat, icbari sığorta növləri üzrə isə 3,286 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 25,116 min manat, qeyri-həyat sığortası üzrə 5,387 mln. manat, icbari sığorta növləri üzrə 1,069 mln. manat həcmində vəsait ödənilib.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (6,892 mln. manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (5,149 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (4,242 mln. manat), «Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası» (3,435 mln. manat) və «Əmlakın yanğından icbari sığortası» (1,354 mln. manat) növləri üzrə toplanıb.

Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 23,2%, 17,4%, 14,3%, 11,6% və 4,6% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (2,528 mln. manat və ya 39%) və «Avtonəqliyyat vasitələrinin sığortası» (2,010 mln. manat və ya 31%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR