Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının iki filialı bayram günlərində də xidmət göstərəcək

Azərbaycan Beynəlxalq Bankının iki filialı bayram günlərində də xidmət göstərəcək
# 19 mart 2010 14:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) Novruz Bayramı ilə əlqədar istirahət günlərində xüsusi qrafik üzrə fəaliyyət göstərəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, martın 23-də və 26-da bankın «Nəsimi» və «Sahil» filialı müştərilərə xidmət göstərəcək.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 5 071,879 mln. manat, depozit portfeli 1 997,558 mln. manat, kredit portfeli 3 911,718 mln. manat, məcmu kapitalı 498,989 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manat təşkil edib. Bankın ölkə üzrə 37 filialı, 587 bankomatı, 2 692 POS- terminalı, 1 240 işçisi və 886 292 (24 679 hüquqi, 861 613 fiziki) müştərisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR