Bank Of Baku

Rusiyanın daha bir bankı Azərbaycan bazarına çıxır

Rusiyanın daha bir bankı Azərbaycan bazarına çıxır
# 19 mart 2010 15:23 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin məlumat verib.

Onun sözlərinə görə, «RosSelxozBank»ın Azərbaycanda fəaliyyətinə dair hüquqi məsələlərin həlli başa çatmaq üzrədir və artıq 2010-cu il ərzində Rusiya bankının Bakıda fəaliyyətə başlayacağı gözlənilir: «Rusiya bankı ölkə bazarında nümayəndəlik statusu altında çıxış edəcək və yerli bankların hər hansınınsa alınmasına dair məsələyə baxılmır. Maliyyə əməliyyatları ilə məşğul olmayacaq «RosSelxozBank» Azərbaycanda daimi nüumayəndəlik statusu altında sıxış edəcək».

Bundan bir qədər öncə Y.Şedrin qeyd etmişdir ki, hazırda Rusiyadan Azərbaycana gətirilən kənd təsərrüfatı avadanlıqlarının həcmi artmaqdadır, eyni zamanda Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixrac həcmi artır. Məhz buna görə, Rusiyanın iri banklarından biri olan «RosSelxozBank» Azərbaycanda fəaliyyətə başlamaq niyyətindədir.

Qeyd edək ki, hazırda Azərbaycanda Rusiyanın «Bank Nikoil» və «VTB-Azerbaijan» bankları fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR