Bank Of Baku

Böhran əleyhinə proqram çərçivəsində Gürcüstana $149 milyon ayırıb

Böhran əleyhinə proqram çərçivəsində Gürcüstana $149 milyon ayırıb
# 20 mart 2010 04:07 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Valyuta Fondu (BVF) böhran əleyhinə proqram çərçivəsində Gürcüstana daha 149 milyon dollar vəsait ayrılmasına razılıq verib. APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə qərar 2011-ci ilin iyun ayına qədər nəzərdə tutulmuş və ümumi həcmi 1,14 milyard olan proqramın qiymətləndirilməsindən sonra qəbul olunub.

Fondun mətbuat üçün açıqladığı məlumatda deyilir ki, Gürcüstan üçün bir sıra göstəricilərə görə sadələşdirmələr də aparılıb. Bura daxili aktivlərin yuxarı həddinin yenidən müəyyənləşdirilməsi, qazıl-valyuta aktivlərinin minimum həcmi, büdcə kəsiri, cəlb olunan və zəmanət verilən borcun həcmi aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR