Bank Of Baku

Azərbaycanda IPI indeksi azalıb

Azərbaycanda IPI indeksi azalıb
# 20 mart 2010 09:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2010-cu ilin fevral ayında 85% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks cari ilin yanvar ayında 106%, ötən ilin dekabr ayında isə 110,1%-ə bərabər olub.

IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbəti kimi hesablanır. Belə ki, indeks fevral ayında istehsal edilmiş məhsulun dəyərinin (2,16 mlrd. manat) yanvarda istehsal edilmiş məhsulun dəyərinə (2,54 mlrd. manat) bölünməsi yolu ilə hesablanıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010-cu ilin yanvar-fevral aylarında Azərbaycan sənayesində əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,7%-lik istehsal artımı müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR