Bank Of Baku

«Bank SilkWay» «MasterCard» sisteminə qoşulub

«Bank SilkWay» «MasterCard» sisteminə qoşulub
# 20 mart 2010 09:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC «MasterCard» beynəlxalq ödəniş sisteminə qoşulub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla da bank beynəlxalq qurumun assosiativ üzvü olub.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Sonradan bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» QSC və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və bir neçə fiziki şəxs çıxış edir. Bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR