Bank Of Baku

Azərbaycan Dövlət Maliyyə Nəzarəti Xidməti araşdırmalar aparır

Azərbaycan Dövlət Maliyyə Nəzarəti Xidməti araşdırmalar aparır
# 20 mart 2010 10:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri xərclərindən bir qədər yüksək olub. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, Maliyyə Nazirliyinin fermerlərə subsidiyaların verilməsi ilə bağlı araşdırmaları başa çatıb: «Onların fəaliyyətində müəyyən nöqsanlar olub, onlar da aradan qaldırılıb. Bu yeni bir işdir, yeni işdə sözsüz ki, nöqsanlar da ola bilər. Ona görə də Dövlət Maliyyə Nəzarəti Xidməti müəyyən araşdırmalar aparıb. Araşdırmalar nəticəsində subsidiyaların verilməsi qaydalarına bəzi düzəlişlərin edilməsi barədə qərara gəlinib. Subsidiyaların verilməsinə nəzarət etmək üçün xüsusi qeydiyyat jurnalları olacaq».

S.Şərifov bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən müxtəlif qurumlarda plana uyğun şəkildə yoxlamalar həyata keçirilir: «Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən üç növ maliyyə yoxlamaları aparılır. Qaydalara uyğun olaraq, hüquq-mühafizə orqanlarının müraciətinə əsasən biz yerlərdə yoxlamalar aparırıq. Müraciətlər çox olduğundan, biz bunların hamısını təmin edə bilmirik». S.Şərifovun sözlərinə görə, ən çox müraciət təhsil, səhiyyə orqanlarından daxil olur: «Rayonlardan da çoxlu müraciətlər daxil olur. Adi nöqsanlar araşdırmalar nəticəsində yoluna qoyulur. Cinayət tərkibli əməllərlə bağlı isə hüquq-mühafizə orqanlarına məlumat verilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR