Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Dünyanın aparıcı dövlətləri çətin iqtisadi-sosial problemlə üzləşib

Beynəlxalq Valyuta Fondu: Dünyanın aparıcı dövlətləri çətin iqtisadi-sosial problemlə üzləşib
# 22 mart 2010 10:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyanın aparıcı sənaye ölkələri dövlət borcunun yüksək templə artımı ilə səciyyələnən yeni və son dərəcə çətin iqtisadi-sosial problemlə üzləşib. “APA-Economics”in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun birinci müavini Con Lipski bəyan edib.

C.Lipskinin sözlərinə görə, Almaniya və Kanada istisna olmaqla, G-7-yə daxil olan ölkələrdə dövlət borcunun həcmi ÜDM-ə nisbətdə 2014-cü ilədək 100% və daha böyük göstəriciyə çatacaq. “Artıq indi aparıcı Qərb ölkələrinin dövlət borcu 1950-ci ildən görünməmiş həcmə çatıb”, – deyə C.Lipski bildirib. Onun sözlərinə görə, borcun kəskin artması həmin ölkələrin əhalisinin qocalma prosesi şəraitində baş verir ki, bu proses nəticəsində səhiyyə və pensiya təminatı üçün yeni və daha iri həcmdə vəsaitlər tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR