Bank Of Baku

Mayın 4-də “Bank of Baku” səhmdarlarının ümumi yığıncağı keçiriləcək

Mayın 4-də “Bank of Baku” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
# 22 mart 2010 13:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın “Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağının iclası 2010-cu ilin may ayının 4-də keçiriləcək. “APA-Economics”in məlumatına görə, iclas növbədənkənar olacaq.

«Bank of Baku»nun aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 187,396 mln. manat, depozit portfeli 94,245 mln. manat, kredit portfeli 129,246 mln. manat, məcmu kapitalı 32,863 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.

Ötən il ərzində bankın gəlirləri 38,149 mln. manata, xərcləri isə 31,999 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 6,149 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvar ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 26 bankomatı və 204 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR